20 fevral 2024 at 21:32
Jurnalist kodu: 5561
Xəbər kodu: 85393378
T T
0 Persons

Tags

Əmir Abdullahiyan: İsrail regionun təhlükəsizliyini təhlükəyə atıb

Kolombo - İRNA - Xarici İşlər naziri İranın Fars körfəzi və Hind okeanı regionunda dəniz və gəmiçilik təhlükəsizliyi üçün qəti dəstəyini bildirərək deyib: “Sionist rejim regionun təhlükəsizliyini ciddi şəkildə təhlükəyə atıb.”

Hüseyn Əmir Abdullahiyan, çərşənbə axşamı, 20 fevralda, Kolomboda Şri-Lankalı həmkarı Əli Səbri ilə birgə mətbuat konfransında Şri-Lanka rəsmilərinin qonaqpərvərliyini yüksək qiymətləndirərək, Şri-Lanka hökumətini və xalqını bu ölkənin müstəqilliyinin ildönümü münasibətilə təbrik edib.

Xarici İşlər naziri Kolomboya səfərinin məqsəd və nailiyyətlərini açıqlayaraq deyib: “Bu gün Şri-Lankanın Xarici İşlər naziri və onu müşayiət edən nazirlərlə ətraflı müzakirələr apardıq, səmərəli razılaşmalar əldə etdik.”

Əmir Abdullahiyan danışıqlarda siyasi, ticari, iqtisadi, mədəni, texnoloji və turizm sahəsində əməkdaşlığın bütün aspektlərini müzakirə etdiklərini bəyan edərək deyib: “İki ölkədə mövcud imkanları nəzərə alaraq, biz bütün maraq doğuran sahələrdə əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək barədə razılığa gəldik.”

“Əməkdaşlıq üzrə Birgə Komissiyanın tezliklə təşkil edilməsi ilə bağlı da razılığa gəldik” - deyə, Xarici İşlər naziri qeyd edib.

Bu yaxınlarda iki İran gəmisinin Şri-Lanka sahillərində yan almasına toxunan ölkə diplomatiyasının başçısı deyib: “Biz Fars körfəzi, Hind okeanı və regionda dəniz və gəmiçilik təhlükəsizliyini güclü şəkildə dəstəkləyirik.”

Əmir Abdullahiyan işğalçı İsrail rejiminin regionun təhlükəsizliyini ciddi şəkildə təhlükəyə atdığını vurğulayaraq deyib: “Şri-Lankanın Qəzza və İordan çayının qərb sahilində soyqırım və müharibə cinayətlərini dayandırmaq üçün BMT Baş Assambleyasının qətnaməsinə qoşulmaqda güclü mövqeyini yüksək qiymətləndiririk.”

O, daha sonra deyib: “Biz həmçinin Cənubi Afrika hökumətinin İsrail rejiminin hərbi cinayətkarlarına qarşı şikayətin beynəlmiləlləşdirilməsi təşəbbüsünü dəstəkləyirik.”
 

0 Persons

Sizin rəyiniz

You are replying to: .